Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (AFchamber) Təhsil Komitəsinin onlayn görüşü keçirilib.
Qurumun tərkibində yeni yaradılmış Təhsil Komitəsinin missiyası və fəaliyyət planı Komitənin sədri Fariz İsmayılzadə, sədr müavinləri Lətifə Nəsibova və Elvin Qasımov tərəfindən təqdim edilib. Təhsil Komitəsinin məqsədi özəl sektor ilə təhsil müəssisələri arasında dialoq üçün platforma yaratmaqdır. Görüşdə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru İdris Musayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Dövlət Gömrük Komitəsi Akademiyasının rektoru Qulu Novruzov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov, Xəzər Universitetinin rektoru İradə Xəlilova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Rafiq Camalov, Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli, Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru Elçin Süleymanov, eləcə də Palatanın üzv şirkətləri və müxtəlif təhsil qurumlarının nümayəndələri iştirak edib.
Palatanın İdarəedici direktoru Zibər Hüseynova “AFchamber”in dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində gördüyü işlərdən, təhsil sahəsi üzrə əldə etdiyi nailiyyətlərdən danışıb. O, “AFchamber”in tərkibində yaradılan Təhsil Komitəsinin bu sahədə dövlət və özəl sektor arasında tərəfdaşlığın gücləndirilməsinə töhfə verəcəyini bildirib.
Palatanın İdarə Heyətinin sədri Teybə Quliyeva əmək bazarının tələbatlarına uyğun kadrların hazırlanması üçün biznes ilə təhsil müəssisələri arasında dialoqun qurulmasının vacibliyini vurğulayaraq Təhsil Komitəsinin bu istiqamətdə dəstək olacağını qeyd edib.
Təqdimatdan sonra iştirakçılarla birgə Komitənin gələcək fəaliyyəti, birgə tədbirlərə dair təkliflərin müzakirəsi aparılıb.
Qeyd edək ki, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası əsas missiyası dövlət və özəl sektor arasında tərəfdaşlığı təşviq etmək olan qeyri-hökumət təşkilatıdır. Palata məlumatlandırıcı və maarifləndirici rol oynamaqla, həm üzv şirkətlərə, həm də daha böyük biznes icmasına təsir edən aktual məsələləri hədəfləyərək hər ay rəsmi tədbirlər təşkil edir və üzv şirkətlərə Palatanın platforması vasitəsilə öz bizneslərini inkişaf etdirmək üçün yardım təklif edir. Hazırda Palatanın 50-dən çox yerli, fransız və beynəlxalq üzv şirkəti var.
Tehsil-press.az