İtaliya-Azərbaycan Universitetinin italyan ali təhsil qurumları ilə birgə təklif etdiyi magistr proqramı layihəsi Azərbaycanda insan kapitalının güclənməsinə töhfə verəcək.
Bunu Luiss Universitetinin prorektoru Raffaele Marketti jurnalistlərə müsahibəsində bildirib.
“Bu layihə Azərbaycanla İtaliya arasında əlaqələri daha da genişləndirəcək. Layihəyə İtaliyanın beş aparıcı universiteti cəlb olunub. ADA Universiteti ilə həyata keçirdiyimiz bu layihə çərçivəsində magistratura pilləsində qlobal idarəçilik və siyasət ixtisası və qida sistemi üzrə menecment ixtisası tədris olunacaq. Biz İtaliyadakı ən yaxşı təcrübəmizi Azərbaycanla bölüşəcəyik”, - deyə prorektor bildirib.
Tehsil-press.az