Münxendə Ukraynaya alman tanklarının verilməsinə qarşı kütləvi nümayiş keçirilib

Münxendə Ukraynaya alman tanklarının verilməsinə qarşı kütləvi nümayiş keçirilib Almaniyanın Bavariya federal əyalətində (Münxendı) Ukraynaya alman tanklarının və silahlarının verilməsinə qarşı nümayiş keçirilib.
“Muenchen steht auf” hərəkatı tərəfindən təşkil olunan aksiyada yüzlərlə şəhər sakini iştirak edib.
Onlar Münxenin mərkəzi meydanına toplaşaraq sülhə çağıran və Ukraynaya tankların verilməsini pisləyən şüarların əks olunduğu plakatlar qaldırıblar.
Etirazçılar Ukraynada “silahsız sülh”ün bərqərar olmasını və “müharibənin digər forması olan iqtisadi müharibənin bitməsi”ni tələb ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər