Banqladeşdə uşaq gizlənqaç oyununda gizləndi, başqa ölkədən tapıldı

Banqladeşdə uşaq gizlənqaç oyununda gizləndi, başqa ölkədən tapıldı Oyun zamanı gizlənən məktəbli 3 000 km aralıda, başqa ölkədə tapılıb.
Qəribə hadisə Banqladeşdə yaşanıb.
Belə ki, uşaq gizlənmək üçün yük konteynerini seçib və tapılmasını gözləyənə qədər orada yuxulayıb. İşçilər isə onu görməyərək, konteyneri gəmiyə yükləyiblər.
Uşaq bir də konteynerlər boşaldılarkən Malayziyanın Klanq limanının əməkdaşları tərəfindən tapılıb.
Gəmidə olduğu altı gün ərzində məktəbli ac və susuz qalıb.
Taqətsiz və qorxmuş uşaq yerli dili bilməyib. Onun insan alverinin qurbanı ola biləcəyindən şübhələnən işçilər dərhal polisə müraciət ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyətə aydınlıq gətiriblər.
Uşaq xəstəxanaya yerləşdirilib.

Tehsil-press.az



Oxşar xəbərlər