Avstriya Prezidentinin andiçmə mərasimi keçirilib

Avstriya Prezidentinin andiçmə mərasimi keçirilib Yanvarın 26-da vəzifəsinə yenidən seçilən Avstriya Prezidenti Aleksander Van der Bellenin ikinci müddət üçün andiçmə mərasimi keçirilib.
Federal Məclisdə keçirilən mərasimdə 79 yaşlı dövlət başçısı növbəti dövr üçün prioritetlərindən bəhs edib. O bildirib ki, pandemiya, müharibə və böhranların silkələdiyi hazırkı dövrdə nikbinlik, həmrəylik və ictimaiyyət daxilindəki qorxuya qarşı mübarizə ön planda durmalıdır.
Mərasimdə ölkənin siyasi partiyalarının, ictimai-siyasi, iqtisadi və elmi dairələrin, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
Qeyd edilməlidir ki, 2016-cı ildə ilk müddətə prezident seçilən A. Van der Bellen ötən ilin oktyabr ayında 6 namizədin iştirakı ilə keçirilən seçkilərdə ilk mərhələsində 56,7 faiz səslə qələbə qazanmışdı. Altı il müddətinə yenidən seçilən və əsasən təmsilçilik səlahiyyətləri daşıyan dövlət başçısı 2028-ci ilin sonunadək vəzifədə olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər