Avstriyanın yeni kansleri and içib

Avstriyanın yeni kansleri and içib Avstriyanın yeni kansleri Karl Nehammerin andiçmə mərasimi keçirilib.
Yeni kanslerin inauqurasiyasını ölkə prezidenti Aleksander van der Bellen qəbul edib.
K.Nehammer bu vəzifədə Aleksander Şallenberqi əvəz edib. A.Şallenberq yeni hökumətdə xarici işlər naziri olacaq.
Qeyd edək ki, Avstriyadakı hakim Xalq Partiyasının sədri Sebastyan Kurts oktyabr ayında istefa vermiş, onu Aleksander Şallenberq əvəz etmişdi.
Dekabrın 3-də S.Kurts, həmçinin partiya sədri vəzifəsindən istefa verib. Karl Nehammer partiyanın sədri seçildikdən sonra kansler təyin olunmuşdu.

Tehsil-press.az


Oxşar xəbərlər