Rusiya və Türkiyə birgə qaz qovşağının təhlükəsizliyi məsələsi ilə bağlı ekspertlər səviyyəsində müzakirələr aparır.
Bu barədə məlumatı TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov açıqlayıb.
“Əminəm ki, Moskva və Ankaranın birgə səylərlə hazırda mövcud olan və gələcəkdə yaradılacaq energetika obyeklərinin təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, yaranan bütün problemləri uğurla həll edə biləcəklər”, - deyə nazir müavini qeyd edib.
Xatırladaq ki, Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin ötən ilin oktyabrında keçirdikləri görüş zamanı Türkiyədə qaz qovşağının yaradılmasına dair razılığa gəliblər.
Tehsil-press.az