BDU-da “İnnovativ gənc mühəndislər” layihəsi üzrə növbəti təlim

BDU-da “İnnovativ gənc mühəndislər” layihəsi üzrə növbəti təlim Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İnnovativ gənc mühəndislər” layihəsinin ikinci təlimi olub.
Layihənin rəhbəri Orxan Güləhmədov təlimin mövzuları, yerinə yetiriləcək praktiki işlərin yoxlanılma qaydalarını iştirakçıların diqqətinə çatdırıb.
Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri Faiq Paşayev, Elmi fəaliyyətin təşkili və İnnovasiyalar Mərkəzinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin müdiri, layihənin koordinatoru Əfsanə Surxaylı çıxışlarında texniki biliklərin tətbiq sahələri və gələcək perspektivlərini qeyd edib, gəncləri təlimlərdə aktiv iştirak etməyə çağırıblar.
Kimya fakültəsinin IV kurs tələbəsi İsa İsayev tərsinə mühəndislik biliklərinin vacibliyi, elmin inkişafı nəticəsində yaranan texniki vasitələrin proqram təminatının mürəkkəbliyi və Arduino sistemlərinin unikallığı barədə fikirlərini bölüşüb.
Sonra təlimçi Sara Rəhimzadə iştirakçılara layihələrin sensorlarla işlənilməsi, radar sisteminin sxeminin yığılması və proqramlaşdırılması, dezinfeksiya aparatı prototipinin hazırlanması qaydalarını izah edib, elektronikanın gündəlik həyatımıza təsiri, pilotsuz uçuş aparatları (PUA) haqqında ümumi məlumat verib.
Təlimin sonunda komandalar praktiki tapşırıqları yerinə yetiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər