BDU-da “İnnovativ gənc mühəndislər” layihəsinin ilk təlimi

BDU-da “İnnovativ gənc mühəndislər” layihəsinin ilk təlimi Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İnnovativ gənc mühəndislər” layihəsinin ilk təlimi olub.
Layihə rəhbəri Orxan Güləhmədov təlimdə iştirak hüququ qazanmış gəncləri təbrik edib, layihənin seçim turları, qaliblərin seçilməsi prinsipləri barədə məlumat verib. BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının müdiri Mustafa Muradov, Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov, "Elm” İctimai Birliyinin sədri Səbuhi Abdullayev layihənin əhəmiyyətini vurğulayıb, gənclərin intellektual potensiallarının artırılmasındakı rolunu qeyd ediblər.
Layihənin təlimçisi Sara Rəhimzadə iştirakçılara müxtəlif tipli sensorların elektronik dövrələrinin, sxemlərin yığılması, onlara uyğun kodların yazılması, LED işıqların proqram təminatı əsasında idarəsi, robototexnika və Arduino Uno haqqında məlumat verib.
Sonra komandalar praktiki tapşırıqları yerinə yetiriblər.
Təlimin ikinci mərhələsi yanvarın 28-də olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər