Peşə Təhsili üzrə Dövlət Agentliyinin və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə “Dron idarəedilməsi” təlimlərinə başlanılıb.
İsrailli təlimçi tərəfindən həyata keçirilən təlimin ilk günündə seçilmiş 15 iştirakçı təlim proqramı ilə tanış olub, sözügedən sahə üzrə nəzəri biliklər əldə ediblər. Oktyabrın 19-dək davam edəcək təlimlərdə həm praktiki, həm də nəzəri biliklərin tətbiqi nəzərdə tutulub. Praktiki dərslər İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin istifadəsində olan 2 hektar üzüm sahəsində, nəzəri dərslər isə sözügedən təhsil müəssisəsinin təlim otaqlarında keçiriləcək.
Təlimin məqsədi kənd təsərrüfatı sahəsində yüksək texnologiyaların tətbiqi üçün müvafiq istiqamət üzrə müasir dronların idarə olunmasının öyrənilməsi və yeni ixtisaslar üçün kadr hazırlığının aparılmasından ibarətdir. Kənd təsərrüfatı dronları əkinçiliyin müxtəlif sahələrində istifadə edilir. Bu texnologiyanın tətbiqi nəticəsində işlərin sürəti və məhsuldarlıq faizi dəfələrlə artırıla bilər.
Təlimlərə cəlb olunan iştirakçılar arasında peşə təhsil müəssisələrində çalışan müəllimlər və “STEAM” dərslərini tədris edən müəllimlər yer alır. Təlimi uğurla bitirən iştirakçılara sertifikat təqdim olunacaq. Onlar növbəti mərhələdə müxtəlif peşə təhsil müəssisələrində müvafiq təlimlərin təşkilində təlimçi olaraq cəlb ediləcəklər.
Tehsil-press.az