Azərbaycan və Türkiyə universitetləri birgə layihələrdə iştirak edəcək

Azərbaycan və Türkiyə universitetləri birgə layihələrdə iştirak edəcək Türkiyənin Çorum şəhəri ilə qardaşlaşmış Füzuli şəhərinin bərpası ilə bağlı birgə layihələrdə Azərbaycan Texniki Universiteti (AzTU) və Hitit Universiteti iştirak edəcək.
Bu barədə AzTU-nun rektoru Vilayət Vəliyevin Türkiyənin Hitit Universitetinin rektoru Ali Osman Öztürk ilə görüşündə danışılıb.
Görüşdə birgə tədris və tədqiqat fəaliyyətinin həyata keçirilməsi və s. məsələlər müzakirə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər