Çorum nümayəndə heyəti MÜSİAD Azərbaycanla Qarabağda investisiya imkanlarını müzakirə edib

Çorum nümayəndə heyəti MÜSİAD Azərbaycanla Qarabağda investisiya imkanlarını müzakirə edib Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və Çorum Bələdiyyə sədri H.İbrahim Aşqın, Çorum HİTİT Universitetinin rektoru Prof. Dr. Əli Osman Öztürk və Çorum Bələdiyyə Məclisinin üzvləri Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycanı ziyarət edib.
Görüşdə MÜSİAD Azərbaycan idarə heyəti sədri Rəşad Cabirli, sədr müavini Sait Yinanç, idarə heyətinin üzvü Hüseyin Yapar, Osman Yaqubov, Yusuf Hüseynov və MÜSİAD üzvləri iştirak edib.
Qeyd edilib ki, görüşdə çorumlu sənayeçi və iş adamlarının iştirakı ilə sektorlar üzrə Azərbaycanda investisiya və dəstək imkanları müzakirə edilib.
Görüş zamanı tərəflər arasında qarşılıq faəliyyət və əməkdaşlıq məsələləri ilə bağlı məsləhətləşmələr aparılıb.
Həmçinin əməkdaşlığın genişləndirilməsi çərçivəsində işçi qrupunun yaradılması müzakirə edildi.
Bununla yanaşı Azərbaycan və Türkiyə arasında ticari, iqtisadi və təhsil sahələrində əməkdaşlıq məsələlərinin genişləndirilməsi müzakirə edilib.
Çorum nümayəndə heyətinin Füzuliyə səfəri çərçivəsində Çorum Bələdiyyə Başçısı Dr. Halil İbrahim Aşkın və Qarabağ xüsusi nümayəndəsi Dr. Emin Hüseynov tərəfindən “Çorum Bələdiyyəsi ilə Füzuli Şəhəri Arasında Qardaş Şəhər Protokolu”, imzalanıb.
Çorum nümayəndə heyətinin səfəri çərçivəsində Hitit Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında üç müqavilə imzalanıb.
Həmçinin bildirilib ki, Çorum HİTİT Universitetində 270 Azərbaycanlı tələbə təhsil alır.

Tehsil-press.az

Oxşar xəbərlər