Azərbaycan və Türkiyə universitetləri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Türkiyə universitetləri arasında Anlaşma Memorandumu imzalanıb Azərbaycan Texniki Universiteti (AzTU) Türkiyənin aparıcı universitetləri ilə əməkdaşlığı genişləndirir.
Əməkdaşlıq çərçivəsində Azərbaycan Texniki Universiteti ilə Türkiyənin Bartın Universiteti arasında “Erasmus+” və “Mövlanə” mübadilə proqramları üzrə müqavilə, həmçinin qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədləri AzTU-nun rektoru Vilayət Vəliyev və Bartın Universitetinin rektoru Orxan Uzun imzalayıblar.
Sonra hər iki rektor universitetlər arasında digər istiqamətlərdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər