NATO-da bütün bayraqlar yarıya endirildi

NATO-da bütün bayraqlar yarıya endirildi Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələlərə görə həmrəylik nümayiş etdirmək üçün NATO-nun qərargahındakı bayraqlar yarıya endirilib.
Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahı qarşısında 30 müttəfiq ölkənin bayraqları Türkiyə və türk xalqı ilə həmrəylik, zəlzələdə həyatını itirənlər üçün sabah axşama qədər yarıda qalacaq.
Türkiyənin NATO-dakı Daimi Nümayəndəliyinin sosial mediada verdiyi açıqlamada, “Bu mənalı və güclü həmrəylik mesajı ilə dünəndən bu yana ölkəmizə göndərdikləri yardıma görə müttəfiqlərimizə səmimi təşəkkürümüzü bildiririk”, - qeyd olunub
NATO-nun sözçüsü Oana Lungesku NATO üzvü olan ölkələrin zəlzələ bölgəsində köməyə ehtiyacı olanlara dəstək olmaq üçün yardım səylərini səfərbər etdiklərini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər