G7 Rusiyaya yardım etdiyi üçün Çin və İranı cəzalandıracaq

G7 Rusiyaya yardım etdiyi üçün Çin və İranı cəzalandıracaq "Böyük yeddilik" ölkələri Rusiyaya hərbi təyinatlı ehtiyat hissələri və texnologiyaların tədarükü ilə kömək etdiyinə görə, Çin, İran və Şimali Koreyaya qarşı sanksiya tətbiq etməyin mümkünlüyünü müzakirə edirlər.
G7 ölkələri 24 fevral Rusiyanın Ukraynaya hücumunun ildönümünə qədər müvafiq sanksiyalar paketini razılaşdırmağa çalışırlar.
"Bloomberg" işçilərindən birinin sözlərinə görə, məhdudlaşdırıcı tədbirlərin müzakirəsi hələ erkən mərhələdədir və hər bir ölkənin hərəkətləri üst-üstə düşə bilməz. Mənbə əlavə edib ki, sanksiyalar altına düşə biləcək şirkətlərin siyahısı da müəyyənləşdirilməyib.

Tehsil-press.az

Oxşar xəbərlər