Türkiyədə baş verən zəlzələ bütün xalqımızı, o cümlədən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələrini sarsıtdı. Zəlzələdən əziyyət çəkən qardaş ölkə vətəndaşlarına yardımla bağlı Türkiyənin Azərbaycandakı səfirliyinin xalqımıza müraciətinə cavab olaraq biz də yardım kampaniyasına başlamışıq. Universitetin ictimai təşkilatları tərəfindən artıq 3 gündür ki, zəruri əşyalar toplanılaraq Türkiyəyə çatdırılması üçün aidiyyəti üzrə yönləndirilir.
Bunu AzMİU-nun Tələbə Həmkarlar İttifaqının sədr müavini Şahmar Rəfili deyib. O bildirib ki, bu günədək AzMİU-nun 397 tələbəsi universitetin xətti ilə yardım kampaniyasına qoşulub. “Prezident İlham Əliyevin tapşırığı ilə yardımlar mərkəzləşdirilmiş şəkildə, ölkədə bir neçə məntəqədə toplanılır. Həmin yerlərdə toplanılan yardımların çeşidləndirilməsi və qablaşdırılması üçün xeyli sayda işçi qüvvəsi tələb olunur. Tələbələrimiz bu işdə də aktivlik göstərirlər. Bu günədək 50 tələbəmiz öz müraciəti əsasında həmin toplama məntəqələrinə yönləndirilib və orada könüllü olaraq fəaliyyət göstərir”, - deyə Ş.Rəfili əlavə edib.
Qeyd edək ki, fevralın 6-da qardaş Türkiyə Respublikasında baş verən zəlzələlər nəticəsində minlərlə insan həlak olub, yüz minlərlə insan evsiz-eşiksiz qalıb. Zəlzələdən əziyyət çəkən Türkiyə vətəndaşlarına yardım göstərmək məqsədilə Azərbaycanda dövlət və vətəndaşlar tərəfindən mərkəzləşdirilmiş şəkildə yardım toplanılır.
Tehsil-press.az