Türkiyənin Eskişehir Osmanqazi Universitetinin beynəlxalq əlaqələr üzrə əlaqələndiricisi Mahmut Sami İşlek Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub. Türkiyəli qonaq AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva ilə görüşüb.
Görüşdə universitetlər arasında anlaşma memorandumunun, memarlıq və iqtisadiyyat sahələrində tələbə mübadiləsini dəstəkləyən “Erasmus+” protokolunun Eskişehir Osmanqazi Universitetinin rektoru tərəfindən imzalanmış nüsxələri təqdim olunub. Qarşılıqlı olaraq universitetlərin təqdimatından sonra Avropa İttifaqının qrant layihələrində birgə iştirak, tələbə-müəllim və tədqiqatçı mübadilələri, müvafiq ixtisaslar üzrə ikili diplom proqramlarının hazırlanması məsələləri müzakirə edilib.
Qeyd edək ki, 2013-cü ildə AzMİU ilə Eskişehir Osmanqazi Universiteti arasında “Mövlanə” mübadilə protokolu imzalanıb. Müqavilə çərçivəsində AzMİU-nun 1 tələbəsi 2015-2016-cı tədris ilinin payız semestrində Türkiyənin bu universitetində təhsil alıb.
Tehsil-press.az