Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rəhbərliyi 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasının gedişini izləyib. İmtahan prosesinin izlənməsində AzMİU-nun ictimai təşkilatlarının rəhbərləri də iştirak ediblər.
AzMİU-dan bildirilib ki, universitet rəhbərliyi tələbələrlə söhbətlər aparıb, onların çətinlikləri ilə maraqlanıb və imtahanlar, xüsusilə suallarla bağlı fikirlərini öyrənib.
Məlumat üçün bildirək ki, imtahanlarda bakalavr səviyyəsi üzrə 7658, magistratura səviyyəsi üzrə isə 990 tələbə iştirak edir. AzMİU ilə yanaşı, universitetin nəzdindəki İnşaat Kollecində də qış imtahan sessiyası başlayıb. İmtahan sessiyasında kollecin 2007 tələbəsi iştirak edir.
Bakalavr səviyyəsində təhsil alan tələbələr xüsusi qabiliyyət tələb olunan fənlərdən fakültələrdə qabiliyyət, digər fənlərdən yazılı və test üsulu, magistratura səviyyəsində təhsil alan tələbələr isə yazılı, şifahi və test üsulu ilə imtahan verirlər.
İmtahanların yüksək səviyyədə təşkil olunması üçün ümumilikdə 10 auditoriya ayrılıb. Test üsulu ilə imtahan verən tələbələr üçün 180 və 30 kompüterdən ibarət kompüter zallları fəaliyyət göstərir.
İmtahanlarda şəffaflığın təmin edilməsi məqsədilə AzMİU-da Apelyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" fəaliyyət göstərir. Sessiyanın gedişində universitetdə “Açıq qapı” günlərinin və media turların təşkili də nəzərdə tutulub.
Tehsil-press.az