BDU kollektivi Türkiyədəki zəlzələ qurbanlarının xatirəsini anıb

BDU kollektivi Türkiyədəki zəlzələ qurbanlarının xatirəsini anıb Bakı Dövlət Universitetinin (BDU) kollektivi Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar qardaş ölkənin Azərbaycandakı səfirliyini ziyarət edib. Səfirlik binasının önünə əklil və gül dəstələri qoyulub, zəlzələ qurbanlarının əziz xatirəsi ehtiramla yad olunub.
Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə ölkəmizdə həyata keçirilən humanitar yardım kampaniyasında BDU-nun kollektivi və tələbələri könüllü olaraq fəal iştirak edirlər.

Tehsil-press.az

Oxşar xəbərlər