Memarlıq və İncəsənət İnstitutunda rusiyalı mütəxəssislərlə görüş

Memarlıq və İncəsənət İnstitutunda rusiyalı mütəxəssislərlə görüş AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Teatr, kino və televiziya şöbəsinin təşkilatçılığı ilə rusiyalı teatrşünas, sənətşünaslıq doktoru, Rusiya Səhnə Sənətləri İnstitutunun (Sankt-Peterburq) professoru Natalya Skoroxod və kinoşünas-rejissor, Sankt-Peterburq Kino və Televiziya Universitetinin dosenti Oleq Kovalovla görüş keçirilib.
Baş direktor, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə belə görüşlərin keçirilməsinin xalqlarımızın və mədəniyyətlərimizin elm və sənət sahəsində mübadiləsi, inteqrasiyası baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.
Daha sonra institutun Teatr, kino və televiziya şöbəsinin böyük elmi işçisi, Əməkdar incəsənət xadimi Ayaz Salayev qonaqların elmi-yaradıcılıq nailiyyətlərindən danışıb.
Tanınmış rusiyalı teatrşünas alim Natalya Skoroxod “Rusiya dramaturgiyası: yeni nə var?” mövzusunda məruzə ilə çıxış edib. Fotoillüstrasiya və slaydlarla müşayiət olunan məruzə dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Sonda suallar cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər