Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov Rusiya Elmlər Akademiyasının (REA) həqiqi üzvü Roald Saqdeyev, REA Yer Fizikası İnstitutunun direktoru, REA-nın müxbir üzvü Sergey Tixotskini, “Geoelektrodinamika” laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru Oleq Poxotelov və həmin laboratoriyanın aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yelena Popovanı qəbul edib. Görüş çərçivəsində akademik N.Məmmədov Fizika İnstitutunun fəaliyyəti, elmi nəticələri haqqinda məlumat verib, burada aparılan tədqiqatlardan bəhs edib.
R.Saqdeyev çıxışında kadr mübadiləsi, gələcək əməkdaşlıq perspektivləri və s. kimi məsələlərə toxunub.
Daha sonra Fizika İnstitutunda qonaqların iştirakı ilə seminar keçirilib. Seminarda AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli də iştirak edib. İlk olaraq REA-nın müxbir üzvü Sergey Tixotskinin məruzəsi dinlənilib. O, Yer Fizikası İnstitutunun yaranma tarixi, bugünədək keçdiyi inkişaf yolu, ayrı-ayrı dövrlərdə İnstituta rəhbərlik etmiş direktorlar haqqında məlumat verib. Bildirib ki, 90 yaşı olan İnstitutun 600-ə yaxın əməkdaşı var. S.Tixotski İnstitutda əsasən, geoloji, seysmoloji,elektomaqnit, geofiziki və s. istiqamətdə tədqiqatlar aparıldığını qeyd edib.
Seminar Oleq Poxotelovun çıxışı ilə davam edib.
Sonda məruzəçilər seminar iştirakçılarının suallarını cavablandırıblar.
Rusiyalı qonaqlar Fizika İnstitutunun İnnovasiya sektoru ilə də tanış olublar. İnstitutun əməkdaşları qonaqlara burada quraşdırılan müasir cihazlar haqqında məlumat veriblər.
Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri