Fizika İnstitutunda Rusiyalı alimin məruzəsi dinlənilib

Fizika İnstitutunda Rusiyalı alimin məruzəsi dinlənilib Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda İspaniyanın Donastia Beynəlxalq Fizika Mərkəzinin və Bask Universitetinin professoru Yevgeniy Çulkov və Rusiyanın Bərk Cisimlər Fizikası İnstitutunun aparıcı elmi işçisi Vladimir Zveryev və AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının iştirakı ilə “Topoloji izolyatorlar: fizika və materialşünaslıq sahəsində ən son nailiyyətlər” mövzusunda seminar keçirilib. Məruzəçi Rusiyalı alim Y.Çulkov olub. Seminarı giriş sözü ilə İnstitutun direktoru, akademik Nazim Məmmədov açıb. Nazim Məmmədov qonaqları tədbir iştirakçılarına təqdim edib. Bildirib ki, seminarda məqsəd topoloji izolyatorlar, onların əhəmiyyəti və yeni kəşf olunan antiferromaqnit topoloji izolyatoru və bu kəşfdə AMEA Fizika İnstitutunun alimlərinin xidməti haqqında məlumat verməkdən ibarətdir.
İlk olaraq mövzunun aktuallığından danışan alim bildirib ki, buyaxınlarda antiferromaqnit topoloji izolyatoru kəşf olunub. Qeyd edib ki, kəşf haqqında məlumat məşhur “Nature” jurnalında dərc olunub. Antiferromaqnit topoloji izolyatorun gələcəkdə itkisiz enerji daşınması və digər sahələrdə tətbiq olunması baxımından faydalı olacağını vurğulayıb.
Antiferromaqnit topoloji izolyatorun kəşfi Rusiya, Azərbaycan İspaniya, Almaniya, Avstriya, Yaponiya İtaliya və ABŞ-ın müxtəlif elm sahələri üzrə aparıcı tədqiqat mərkəzlərinin beynəlxalq kollaborasiyası nəticəsində meydana gəlib.
İnstitutun əməkdaşları seminarda fəal iştirak ediblər. Mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutu


Fizika İnstitutunda Rusiyalı alimin məruzəsi dinlənilib

Fizika İnstitutunda Rusiyalı alimin məruzəsi dinlənilib


Oxşar xəbərlər