UNEC tələbələri “WinterCamp 2023” qış universitetinin iştirakçısı olublar

UNEC tələbələri “WinterCamp 2023” qış universitetinin iştirakçısı olublar Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) maliyyə və iqtisadiyyat sahələri üzrə keçirilən “WinterCamp 2023” qış universiteti yekunlaşıb.
Quba tədris, idman və istirahət mərkəzində təşkil olunan “WinterCamp 2023” qış universiteti Təhsilin İnkişafı Fondunun dəstəyi, “Bridge Academy” şirkətinin tərəfdaşlığı, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı və UNEC Karyera mərkəzinin koordinasiyası ilə keçirilib.
Layihə çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibi Hüseyn Mahmudov “İqtisadiyyata giriş”, “The Bankers Club”ın qurucusu və rəhbəri Rüfət Kərimov “Bank sektorunun iqtisadiyyatdakı rolu” mövzusunda təlim sessiyaları, startap təlimləri, idman mütəxəssisləri isə bədən tərbiyəsi dərsi keçiblər.
Üç mindən çox müraciətçinin olduğu “WinterCamp 2023” qış universitetində ilkin qeydiyyat və uğurlu müsahibə mərhələlərini keçən 35 tələbədən UNEC-in Maliyyə və mühasibat, UNEC “SABAH” mərkəzi və UNEC Biznes Məktəbinin tələbələri çoxluq təşkil edib.

Tehsil-press.az

Oxşar xəbərlər