AzTU-nun basketbol komandası 6-cı turu da qələbə ilə başa vurub

AzTU-nun basketbol komandası 6-cı turu da qələbə ilə başa vurub Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) idman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir.
Liqanın 6-cı turunda AzTU komandası Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası ilə qarşılaşıb. Oyun 99:48 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.
Xatırladaq ki, liqanın oyunlarında AzTU, UNEC, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Mühəndislik Universiteti və Xəzər Universitetinin komandaları iştirak edir.

Tehsil-press.az

Oxşar xəbərlər