Zelenski 200 rusiyalıya qarşı sanksiyalar tətbiq etdi

Zelenski 200 rusiyalıya qarşı sanksiyalar tətbiq etdi Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyası ilə əlaqəsi olan iki yüz şəxsə qarşı sanksiya tətbiq edib.
Dövlət başçısı müvafiq tədbirləri nəzərdə tutan 75 saylı fərmanı imzalayıb.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarının icrasına nəzarət qurumun katibi Aleksey Danilova həvalə edilib.
Bundan əlavə, Milli Təhlükəsizlik və Müdafiə Şurasına, Ukrayna Təhlükəsizlik Xidmətinə və Nazirlər Kabinetinə şəxsi sanksiyaların effektivliyinə nəzarət etmək, Xarici İşlər Nazirliyinə isə Aİ və ABŞ-ın səlahiyyətli orqanlarını məlumatlandırmaq tapşırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər