İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso Azərbaycana səfəri çərçivəsində fevralın 13-də ADA Universitetində olub.
Qonaqla görüşdə rektor Hafiz Paşayev İtaliya-Azərbaycan Universiteti ilə bağlı görülmüş işlər və gələcək planlar barədə məlumat verib, ölkəmizin müxtəlif sektorları, o cümlədən memarlıq və dizayn, kənd təsərrüfatı və idarəetmə üzrə yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsində tərəfdaş İtaliya universitetləri ilə birgə fəaliyyətindən söhbət açıb.
ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal bu təşəbbüs çərçivəsində İtaliyanın Luiss Universiteti, Alma Mater Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti və Roma Sapienza Universiteti ilə əməkdaşlıq barədə məlumat verib.
Nazir Adolfo Urso bu layihənin iki ölkə arasındakı strateji münasibətlər üçün əhəmiyyət kəsb etdiyini vurğulayıb və ADA Universitetinin bilik və təcrübə mübadiləsindəki rolunu təqdir edib. O, həmçinin "Made in Azerbaijan" keyfiyyət nişanının idarə edilməsi və təbliğinə yönəlik akademik proqramların hazırlanması üçün əsas rol oynayacaq “Made in Italy” təcrübəsinin ("nou-hau") qeyri-maddi dəyərini vurğulayıb.
Görüşdən sonra rektor Hafiz Paşayevlə birlikdə İtaliya-Azərbaycan Universitetinin ADA kampusundakı tikinti sahəsi ilə tanışlıq olub, xatirə şəkli çəkilib.
Qeyd edək ki, İtaliya-Azərbaycan Universiteti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsüdür. Bu universitet barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri zamanı əldə olunub. ADA Universiteti və italiyan universitetləri ilə akademik əməkdaşlığa dair sazişlər 2022-ci il sentyabrın 1-də Romada Azərbaycan səfirliyinin yeni binası və Azərbaycan Mədəniyyət Mərkəzinin açılış mərasimində imzalanıb. Bu təşəbbüs çərçivəsində təklif olunan ilk iki magistr proqramı 2023-cü ilin sentyabrından etibarən fəaliyyətə başlayacaq.
Tehsil-press.az