Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil ocağı cəlb olunub. Artıq proqramlar tərtib edilib.
Bu barədə ADA Universitetinin rektoru səfir Hafiz Paşayev jurnalistlərə müsahibəsində bildirib.
“Bugünkü tədbirdə hər bir universitetdən nümayəndə heyəti iştirak edir. Yeni proqramlar haqqında ətraflı məlumat verildi və növbəti proqramlar haqqında danışıldı. İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində magistratura pilləsində tədris olunacaq qlobal idarəçilik və siyasət ixtisası və qida sistemi üzrə menecment ixtisası təqdim olundu. Təklif olunan ixtisasların məqsədi iqtisadiyyatın prioritet sahələri üzrə yüksəkixtisaslı kadrlar hazırlamaqdır”, - deyə rektor bildirib.
Tehsil-press.az