Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İtaliyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə İtaliyanın qabaqcıl texnologiyalarının təbliğini və müxtəlif sektorlar üzrə ölkələrimiz arasında əməkdaşlığın qurulmasını nəzərdə tutan İtaliya “Dizayn günü” keçirilib.
Tədbir “United Cultures in Baku” MMC ilə əməkdaşlıq çərçivəsində İtaliya Ticarət Agentliyi tərəfindən reallaşdırılıb. İtaliya “Dizayn günü”nün keçirilməsinin məqsədi “Made in Italy” brendinin təşviqatını, bu ölkənin üstünlüklərini, yaşam tərzini çatdırmaqdır. Tədbirin mövzusu dizayn və davamlılıq arasındakı əlaqədir.
Tədbirdə İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massarini, İtaliyanın Azərbaycandakı Ticarət Agentliyinin direktoru Mauritso Ferri və İtaliyadan gəlmiş tanınmış memar və dizaynerlər, eləcə də ölkəmizin memarları, dizayn şirkətlərinin nümayəndələri iştirak ediblər.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu cür mühüm tədbirin universitetdə keçirilməsini Azərbaycan ilə İtaliya dostluğunun nümunəsi kimi dəyərləndirib, təşkilatçılara təşəkkürünü bildirib. Tədbirin memarlıq və dizayn ixtisasında təhsil alan tələbələr üçün vacibliyi vurğulanıb.
Səfir A.Massarini bildirib ki, İtaliya “Dizaynı günü” martın 1-də ölkəsinin bütün dünya üzrə ticarət nümayəndəliklərində qeyd olunur. İtaliya Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə bu tədbir Azərbaycanda artıq ikinci dəfədir ki, keçirilir. “Made in Italy” layihəsi çərçivəsində italyan memarlıq və dizayn sahəsinin sirləri, tarixi, özünəməxsusluğu, innovasiyası, istifadə olunan materialların keyfiyyəti, ekoloji cəhətdən zərərsizliyi müzakirə olunacaq, habelə İtaliyanın memarlıq və müasir texnologiyaları nümayiş etdiriləcək.
Qeyd edilib ki, gənc olmasına baxmayaraq bu gün dünyada tanınan italiyalı dizayner Antonio Ariko “Dizayn günü” ilə bağlı tədbirlərdə iştirak edəcək. Eyni zamanda, İtaliyanın məşhur memarları Azərbaycan Memarlar İttifaqı ilə birgə tədbirlər keçirəcəklər.

Kəmalə Rəhimli