77 yaşlı qadın zəlzələnin 212-ci saatında xilas edildi - Video
77 yaşlı Fatma Güngör Türkiyənin Adıyaman şəhərindəki yaşayış binasının dağıntıları altından sağ-salamat çıxarılıb. Xilasedicilər qadını zəlzələnin 212-ci saatında çıxarmağı bacarıblar. Daha sonra Fatma Güngör təcili yardımla xəstəxanaya aparılıb.