14 yaşlı qız evlənməkdən xilas edildi - Valideynlər və bəy həbs olundu

14 yaşlı qız evlənməkdən xilas edildi - Valideynlər və bəy həbs olundu Türkiyənin Diyarbəkir şəhərinin Yenişəhər qəsəbəsində 14 yaşlı qız B.S valideynləri tərəfindən 21 yaşlı A.Y ilə evləndirilməkdən son anda xilas edilib.
Polislər nigah salonuna daxil olaraq mərasimi dayandırıblar. Bəy və qızın valideynləri saxlanılaraq polis bölməsinə aparılıblar.
B.S isə Ailə, Əmək və Sosial Xidmətlər nazirliyinin Diyarbəkir üzrə nümayəndəliyinə təhvil veriləcək və orada himayə ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər