UNEC-də Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş

UNEC-də Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndələri ilə görüş keçirilib.
Görüşdə təhsil tələbə kreditlərinə müraciət zamanı yaranan problemlər və onların həlli yolları araşdırılıb, daha çox tələbənin TTK-dan yararlanması barədə fikir mübadiləsi və müzakirələr aparılıb.
Görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müvafiq struktur rəhbərləri və nümayəndələri iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər