SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə İnformatika üzrə Respublika fənn olimpiadasının yarımfinal turu keçirilib.
Olimpiada iştirakçıları ilə görüşdə şagirdlərə uğurlar arzulayan BANM-in rektoru Elmar Qasımov belə mühüm yarışmaya ev sahibliyi etməkdən məmnunluq hissi duyduğunu deyib. Bildirilib ki, Bakı Ali Neft Məktəbi hər zaman olimpiadalara dəstək verməyə hazırdır. Rektor olimpiadaçıların sayına görə Bakı Ali Neft Məktəbinin ölkədə birinci olduğunu diqqətə çatdırıb. O deyib ki, ali məktəb Prezident təqaüdçülərinin sayına görə də birinci yerdədir. Bu tədris ilində ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 tələbədən 31-i BANM tələbəsi olub.
Tədbirdə BANM-in informasiya təhlükəsizliyi ixtisasının tələbəsi Roman Tolstoşeyev gələcəyin tələbələri ilə öz təcrübəsini bölüşüb.
Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev olimpiada hərəkatının istedadların aşkarlanması və inkişafında kifayət qədər böyük platforma olduğunu qeyd edib. O, hər ötən il informatikaya marağın artdığını vurğulayıb, olimpiadaya qatılanların 40 faizinin bölgələrdən gələn şagirdlər olduğunu deyib.
Xatırladaq ki, cari tədris ilində informatika fənni üzrə Respublika fənn olimpiadalarında rekord sayda şagird iştirak edib. Onlardan 8-ci sinif üzrə 185, 9-cu sinif üzrə 161, 10-cu sinif üzrə 100, 11-ci sinif üzrə isə 85 nəfər Respublika mərhələsinin yarımfinal turunda iştirak haqqı qazanıb.
Tehsil-press.az