ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiyanın Ukraynada hərbi əməliyyata başlamasının bir ilinin tamamında əsas sənaye sahələrini hədəf alaraq bu ölkəyə qarşı yeni ixrac nəzarəti və sanksiyaların yeni raundunu tətbiq etməyi planlaşdırır.
Sanksiyalar Rusiyanın müdafiə və enerji sektorlarını, maliyyə institutlarını və bir neçə şəxsi hədəf alacaq.
ABŞ və müttəfiqləri Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq üçün artıq qüvvədə olan məhdudiyyətlərə diqqət yetirəcək. Eləcə də Rusiyanın üçüncü ölkələrdən aldığı dəstəyi kəsəcəkləri gözlənilir.
Tehsil-press.az