Gələn il ABŞ NATO-nun sammitinə ev sahibliyi edəcək

Gələn il ABŞ NATO-nun sammitinə ev sahibliyi edəcək 2024-cü ildə ABŞ NATO-nun sammitini keçirəcək.
Bunu Polşada səfərdə olan ABŞ Prezidenti Cozef Bayden Varşavada çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, Ukrayna özünü müdafiə etdiyi müddətdə ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə onu dəstəkləməkdə davam edəcək. “Gələn il mən NATO-nun bütün üzvlərini ABŞ-da keçiriləcək sammitdə qəbul edəcəyəm. Biz birlikdə dünya tarixində ən güclü müdafiə ittifaqının 75-ci ildönümünü birlikdə qeyd edəcəyik”, - deyə ABŞ lideri bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər