Azərbaycanda bu gün ölkə rəhbərliyi səviyyəsində təhsilə böyük diqqət və qayğı göstərilir. Bu gün davamlı olaraq tələbə təqaüdlərinin, müəllimlərin maaşlarının artdığının şahidi oluruq.
Müəllimlərin əməkhaqqının artırılması gözlənilən qərar idi: “Azərbaycanın müstəqillik tarixində ilk dəfədir ki, təhsilə ayrılan vəsait 4 milyard 400 min manatı ötür. Bu böyük bir rəqəmdir. Bu, dövlətin təhsilə nə dərəcədə diqqət ayırdığını göstərir. Müəllimlərin əməkhaqlarının 10 faiz artırılması, dövlətimizin təhsilə və müəllimlərimizə qayğısının növbəti təzahürüdür. Əlbəttə, bu, son deyil. Gələcəkdə də bu məsələlərə baxılacaq və müvafiq istiqamətdə qərar qəbul ediləcək. Nəzərə alaq ki, biz müharibədən yeni çıxmışıq. Qarabağın yenidənqurma işləri, torpaqlara qayıdış çərçivəsində xərclərin çox olmasına baxmayaraq, dövlət müəllimləri də unutmur. Onların bu istiqamətdə addımlarını, fəaliyyətlərini çox yüksək qiymətləndirir və bununla bağlı davamlı olaraq addımlar atır”.
Tehsil-press.az