Çeçen Dövlət Pedaqoji Universitetinin nümayəndələri ADPU-da olublar

Çeçen Dövlət Pedaqoji Universitetinin nümayəndələri ADPU-da olublar Çeçen Dövlət Pedaqoji Universitetinin (ÇDPU) nümayəndələri Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar.
Görüşdə ÇDPU-dan rektor İsmail Bayxanov, elm və beynəlxalq əlaqələr üzrə prorektor Tamara Avtayeva, Rus dili və onun tədrisi metodikası kafedrasının müdiri Raisa Buralova, Azərbaycan tərəfdən Elm və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr sektorunun müdiri İlqar Dadaşov, ADPU-nun rektoru Cəfər Cəfərov və başqaları iştirak ediblər.
Görüş zamanı tərəflər çalışdıqları universitetlərin tarixi, strukturu, təhsil proqramları barədə məlumat veriblər.
Hər iki universitetdə tədris olunan ortaq ixtisaslar üzrə akademik nəşrlərin və məqalələrin paylaşılması, rus dili kurslarının təşkili və rus dilinin tədrisi və metodikası sahəsində mümkün əməkdaşlıq imkanlarının faydalı olacağı vurğulanıb.
Söhbət zamanı Çeçenistanda Ümummilli Lider Heydər Əliyev adına küçənin və heykəlin olduğu qeyd edilib, ADPU-nun nümayəndələri yaxın zamanlarda Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin açılışında iştirak etməyə dəvət olunublar.

Tehsil-press.az

Oxşar xəbərlər