Korrupsiya qalmaqalının fiquru olan, Avropa Parlamentinin keçmiş vitse-prezidenti Eva Kayli indi də Ermənistanın maraqlarını lobbiləşdirməkdə ittiham olunur.
Eva Kayli "qanlı almazlar" ticarətçisi Kaspar Karampetyanın rəhbərliyi altında özünün lobbiçilik fəaliyyətinə görə tanınan Ədalət və Demokratiya Uğrunda Avropa Erməni Federasiyası (EAFJD) ilə əlaqəli olan Aİ-Ermənistan dostluq qrupu ilə olduqca sıx münasibətlərə malikdir.
Məqalədə həmçinin EAFJD-in Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin ofisində ermənilərin maraqlarının lobbiləşdirilməsi ilə məşğul olduğu, işğal dövründə Avropa Parlamentinin üzvlərinin Qarabağa qanunsuz səfərlərinin təşkilində iştirak etdiyi vurğulanır.
"Demək olar ki dünyanın bütün ölkələri bu rayonları Azərbaycanın suveren ərazisi olaraq tanıyır", - materialda deyilir.
Məqalədə xüsusən 2019-cu ilin avqustunda Avropa Parlamentinin almaniyalı üzvü Martin Zonnebornun özünün erməni əsilli həyat yoldaşı ilə birlikdə o zaman erməni işğalı altında olan Qarabağa səfər etdiyi qeyd olunur. Səfər EAFJD tərəfindən təşkil edilib. Onları həmçinin Kaspar Karampetyan müşayiət edib. Sonralar Almaniyanın Federal Xarici İşlər Nazirliyi bu səfəri pisləyib.
Materialda həmçinin qeyd olunur ki, Eva Kayli azərbaycanlı diplomatlara Şengen vizası verilməsinin əleyhinə çıxıb və öz mövqeyini Azərbaycanın guya "Qarabağa zorla girməyə çalışması" ilə əsaslandırıb, halbuki Qarabağ mübahisəsiz Azərbaycan ərazisidir. Bundan başqa, Eva Kayli Türkiyəyə qarşı da antaqonist münasibəti ilə tanınır, onun sözlərinə görə, guya Türkiyə "zorla Ermənistana girə bilər".
Məqalədə “Katarqeyt”in aysberqin sadəcə görünən hissəsi olduğu, şübhəli qeyri-hökumət təşkilatlarının öz fəaliyyətləri ilə Cənubi Qafqazda sülh prosesinə xələl gətirdiyi vurğulanır.
Tehsil-press.az