Daha iki deputat korrupsiya qalmaqalına görə toxunulmazlıqdan məhrum edilib

Daha iki deputat korrupsiya qalmaqalına görə toxunulmazlıqdan məhrum edilib Avropa Parlamenti korrupsiya qalmaqalında əli olan daha iki deputatın , deputat toxunulmazlığının ləğvi prosesinə başlayıb.
AP sədri Roberta Metsola bildirib ki, bu, Belçika polisinin tələbi əsasında həyata keçirilir. Lakin onun bəyanatında bu işdə iştirak edən Avropa Parlamentinin deputatlarının adları çəkilməyib. Qalmaqal ötən ay bir Avropa deputatı və daha üç nəfərin korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunaraq həbs edilməsindən sonra yaranıb.
Qalmaqalın azad və demokratik cəmiyyətlərin təhdid altında olduğunu göstərdiyini deyən Metsola, polisin tələbi ilə indi iki Avropa deputatının deputat toxunulmazlığının ləğvi üçün təcili prosedura başlayacağını bildirib. Belçika polisi dekabrın 30-da AP ofisinə müraciət edib. Yanvarın 16-da sorğu Avropa Parlamentinə təqdim edilməlidir, sonra isə bu təşkilatın hüquq komitəsinə təqdim olunacaq. Bundan sonra Avropa Parlamentinin deputatlarından toxunulmazlığın ləğvi üçün tam səsvermədən əvvəl iddialarla bağlı hesabat hazırlanacaq. Metsola qeyd edib ki, o, bütün prosesin fevralın 13-dək başa çatdırılmasını arzulayır.

Tehsil-press.az

Oxşar xəbərlər