Salvadorda cinayətkar dəstələrin 2000 üzvü meqa-həbsxanaya köçürülüb

Salvadorda cinayətkar dəstələrin 2000 üzvü meqa-həbsxanaya köçürülüb Salvadorda cinayətkar dəstələrin 2000 üzvü ölkə prezidenti Nayib Bukelenin göstərişi ilə tikilmiş meqa-həbsxanaya köçürülüb.
Amerika qitəsindəki ən böyük həbsxananın (40 min yerlik) videosunu prezident Bukele tviter hesabında paylaşıb. O, cinayətkar qruplaşmalarla mübarizədə qürurverici təhlükəsizlik səviyyəsinə çatdıqlarını bildirib.
Terrordan Mühafizə Mərkəzi (CECOT) adlandırılan həbsxana paytaxt San-Salvadordan 74 kilometr aralı bir vadidəki 166 hektar sahədə inşa olunub.
Salvador dünyada cinayətkarlıq faizinin ən yüksək olduğu ölkələrdən biridir və bu baxımdan ciddi təhlükəsizlik problemi yaşayır. Prezident Nayib Bukele cinayətkarlara qarşı müharibə elan edib. Son məlumata görə, 2022-ci ilin martından tətbiq edilən fövqəladə vəziyyət rejimi çərçivəsində 60 minə yaxın insan saxlanılıb. Ötən il yanvar-oktyabr ayları ərzində törədilən cinayət hadisələrinin sayı bir il öncəki ilin eyni dövrü ilə müqayisədə 38 faiz azalıb. Silahlı banda üzvlərinə qarşı keçirilən əməliyyatlarda təhlükəsizlik qüvvələrinin azı 100 əməkdaşı həlak olub.

Tehsil-press.az

Oxşar xəbərlər