ABŞ Ukraynaya göndərəcəyi yardımın miqdarını açıqladı

ABŞ Ukraynaya göndərəcəyi yardımın miqdarını açıqladı ABŞ yaxın aylarda Ukraynaya 1,2 milyard dollar yardım göndərəcək.
Bunu ABŞ-nin Kiyevdə səfərdə olan maliyyə naziri Canet Yellen bildirib:
“Əlavə 1,2 milyard dolların transferini elan etməkdən məmnunam. Bu, ABŞ-nin yaxın aylarda təmin edəcəyi 10 milyard dollarlıq birbaşa büdcə dəstəyinin ilk tranşıdır”.
Yellen bildirib ki, ABŞ-nin bu il strategiyasının əsas istiqaməti Rusiyanın ölkəsinin sanksiyalarından yan keçmə cəhdinin qarşısını almaq olacaq.
O, ABŞ-nin Rusiyaya sanksiya təzyiqini artırmaq niyyətində olduğunu vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər