Kanada İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Kanada İrana qarşı yeni sanksiyalar tətbiq etdi Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ölkə hakimiyyəti daha 12 şəxsi İrana qarşı sanksiyalar siyahısına daxil edib. Yeni məhdudiyyətlər İranda insan haqlarının pozulması ilə bağlıdır.
“Bugünkü sanksiyalar siyahısına İranda insan haqlarının kobud və sistematik şəkildə pozulmasında iştirak etmiş İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmiləri və hüquq-mühafizə qüvvələri daxildir”, - məlumatda deyilir.
Bildirilir ki, sanksiyalar onların Kanadada malik ola biləcəkləri hər hansı aktivlərini effektiv şəkildə dondurur. Kobud və sistematik insan hüquqları pozuntularına görə siyahıya alınmış şəxslərin Kanadaya girişi də qadağandır.

Tehsil-press.az

Oxşar xəbərlər