Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - red.) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun apellyasiya məhkəməsi yekunlaşmaq üzrədir.
Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən sonuncu prosesdə zərərçəkən iş adamı Akif Qurbanov dindirilib.
O məhkəmədə deyib ki, Mövlam Şıxəliyevlə toy məclisində söz-söhbətləri olub və 3 gün sonra zəng edərək onu MTN-ə çağırıblar: “Zəng gələndə dedim ki, mənim MTN-də nə işim var? Dedilər ki, çağıran Vüsal Ələkbərovdur. Növbəti gün MTN-ə getdim. Məni apardıqları otaqda bir nəfər mənə tərs-tərs baxırdı. Soruşdum ki, sən “nemes”sən? “Yox” deyib söyüş söydü. Sonra məni öz otağına apardı. Orada şirkətlərimi saymağa başladı. Axşam 7-yə qədər saxladılar, “povestka” verib buraxdılar. Səhəri gün yenə çağırdılar. Bu dəfə Mövlam Şıxəliyevin yanına apardılar. Uzun söhbətimiz oldu. Oradan isə köməkçisi Təhsin Ağayevin yanına apardılar. O dedi ki, bu gün Eldar (o zaman milli təhlükəsizlik naziri olan Eldar Mahmudovu nəzərdə tutur - red) müəllimin oğlunun toyudur. Səni mənə tapşırdı. Bizə 1 limon ver, səni buraxaq. Dedim ki, sizə 1 limon nə edəcək? Astaradan, Lənkərandan 10 kilo limon gətizdirərəm. Təhsin Ağayev güldü, dedi ki, 1 milyon istəyirlər. Mən isə dedim ki, hərənizə 10 min manat verə bilərəm. Axşam məni azad etdilər. Səhər ailəmlə Dubaya getdim, 4 ay xaricdə qaldım. Bu müddətdə hər gün bir oğlumu MTN-ə çağırıb incidirdilər. Oğlanlarımla razılığa gəldilər. Vüsal Ələkbərova 1 milyon dollar verdik. Pulu verəndə dedi ki, bu işdən kimsə xəbər tutsa, sən də, oğlanların da həbsə gedəcəksiz”.
Zərərçəkən məhkəmədən xahiş edib ki, Mövlam Şıxəliyevlə Vüsal Ələkbərovun cəzaları 12 ildən 14 ilə qaldırılsın, ona vurulan ziyan ödənilsin.
Tehsil-press.az