Novruz bayramı ilə əlaqədar martın 21-i Gürcüstanın Azərbaycandilli məktəblərdə istirahət günü olacaq.
Martın 21-nin Gürcüstandakı azərbaycanlı məktəblilər üçün istirahət günü elan edilməsi ilə bağlı gənc alim, iqtisadiyyat üzrə fəlsəfə doktoru və ictimai fəal Aygül İsayevanın təşəbbüsü ilə bir qrup müəllim və ictimaiyyət nümayəndələri ölkənin Təhsil və Elm Nazirliyinə müraciət edib. Nazirliyin cavab məktubunda deyilir: “Gürcüstan Prezidentinin 2010-cu il 23 mart tarixli 187 saylı Fərmanına əsasən, Novruz bayramının qeyd edilməsi ilə əlaqədar martın 21-i Gürcüstanda bayram günü elan edilib (qeyri-iş günü deyil). Novruz bayramının qeyd edildiyi bələdiyyələrdə martın 21-i dövlət və özəl məktəblərdə istirahət günü elan edilib və bu hüquq, səlahiyyət milli kurikulumda da öz əksini tapıb. Martın 21-nin bayram günü elan olunması ilə əlaqədar Azərbaycandilli məktəblərin müraciəti əsasında istirahət gününə razılıq veriləcək. İctimai məktəblərdə tətil müddəti normativ aktla təmin edilib. Yaz tətilinin müddəti martın 8-dən 15-dək müəyyən edilib”.
“Fürsətdən istifadə edərək qardaş azərbaycanlılara dərin ehtiramımızı bir daha bəyan edir və milli varlığın qorunub saxlanması, daha da inkişaf etdirilməsi yolunda sizə bundan sonra da dəstək verməyə hazır olduğumuzu bildiririk”, – deyə nazirliyin məktubunda vurğulanır.
Tehsil-press.az