AzTU tələbələrinin iştirak etdiyi komanda hakatonda ikinci yerə layiq görülüb

AzTU tələbələrinin iştirak etdiyi komanda hakatonda ikinci yerə layiq görülüb Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə və məzunlarının iştirak etdiyi “Hi-Tech” komandası Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı, Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə keçirilən “MİNAHACK” hakatonunda ikinci yerə layiq görülüb.
“Heydər Əliyev İli”nə həsr olunan hakatonun məqsədi Azərbaycanın işğaldan azad olunan iqtisadi rayonlarında minatəmizləmə işlərinin sürətli aparılmasına, torpağın minalardan təmizlənməsinə texnoloji ideyalar və həllər təklif etmək olub. İki gün davam edən hakatonda 12 universitet və elmi-tədqiqat institutunun 9 komandası iştirak edib.
AzTU-nun rektoru Vilayət Vəliyev “Hi-Tech” komandasının üzvləri ilə görüşüb, onları təbrik edib. Belə yarışlarda iştirak etməyin gənclərin gələcək inkişafında mühüm rol oynadığını qeyd edib.
Qeyd edək ki, “Hi-Tech” komandasının üzvləri AzTU-dan Şamil Sultanzadə, Murad Qurbanov və Şahin Əbdüləhədov, UNEC-dən isə Nübar İsrafilova və Ləman İsmayılovadır.

Tehsil-press.az



Oxşar xəbərlər