Bakı Ali Neft Məktəbində master-klas

Bakı Ali Neft Məktəbində master-klas “McKinsey & Company” şirkətinin tərəfdaşı və “McKinsey” Bakı ofisinin rəhbəri Murat Gürsoy SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Yumşaq bacarıqların əhəmiyyəti” mövzusunda master-klas keçib.
Master-klasda Bakı Ali Neft Məktəbinin professor-müəllim, inzibati heyəti, tələbələr və BANM-i fərqlənmə diplomu ilə bitirən və hazırda dünyanın ən məşhur şirkətlərindən olan “McKinsey & Company”də məsul vəzifədə çalışan Leyla Firudinbəyli iştirak edib.
Rektor Elmar Qasımov master-klasın faydalı olacağına və iştirakçıların zəngin məlumatlardan yararlanacağına əminliyini bildirib.
Master-klasda Murat Gürsoy rəhbərlik etdiyi şirkət haqqında məlumat verib, öz təcrübəsini bölüşüb, əmək bazarında tələb olunan bacarıqlar, gələcəyin trendlərindən bəhs edib. O, həmçinin yumşaq bacarıqların əhəmiyyətini vurğulayıb, gələcəkdə əmək bazarında yer tutmaq üçün tələbələrə inkişaf etdirməli olduqları bacarıqlar barədə tövsiyələrini verib. İnteraktiv formada keçirilən master-klasdan sonra suallar cavablandırılıb.
Sonda Murat Gürsoya Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi təqdim olunub.

Tehsil-press.az




Oxşar xəbərlər