ADNSU-da “Elektron cihazların təmir metodları” adlı master-klas keçirilib

ADNSU-da “Elektron cihazların təmir metodları” adlı master-klas keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) TexnoLab şirkətinin təsisçisi İlkin Nəsirli tərəfindən tələbələr üçün “Elektron cihazların təmir metodları” mövzusunda master-klas keçirilib.
Tədbirdə İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı dosent Fərid Ağayev mövzunun aktuallığından danışıb və bu sahədə müasir metodların öyrənilməsinin zəruriliyini qeyd edib.
İnformasiya texnologiyaları və innovasiyalar üzrə rektorun müşaviri Rasim Abdullayev və şöbə müdiri Müqəddəs Əzizzadə təlimin gənclər üçün əhəmiyyətindən danışıb, xüsusən də mühəndis-texniki sahədə təhsil alan tələbələri fəal olmağa dəvət ediblər.
Sonra “Elektron cihazların təmir metodları” mövzusunda təqdimat nümayiş olunub. Elektron cihazları təmir edən zaman yol xəritəsi və hədəfə doğru addımlamağın qaydalarından danışılıb.
Tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər