“Rəqəmsal risklərin idarə olunması” – ADNSU-da master-klas

“Rəqəmsal risklərin idarə olunması” – ADNSU-da master-klas Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Rəqəmsal risklərin idarə olunması” mövzusunda master-klas təşkil olunub.
Pro-Academy tələbələri üçün keçirilən növbəti master-klasda Azərbaycan Banklar Assosiasiyası İnformasiya texnologiyaları və informasiya təhlükəsizliyi ekspert qrupunun rəhbəri İlqar Əliyev risklərin müəyyənləşdirilməsi, idarə olunması və məhdudlaşdırılması haqqında ətraflı məlumat verib. O, həmçinin tədbir iştirakçıları ilə şəxsi təcrübəsini bölüşərək risk menecmentinin xüsusiyyətlərindən danışıb.
Tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər