Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan daha bir tədbir keçirilib. Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə baş tutan tədbirin qonağı yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Beynəlxalq Radiosunun direktor müavini Natəvan Dəmirçioğlu olub.
Tədbiri Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova açaraq ümummilli lider Heydər Əliyevin xalqımızın ədəbi-mədəni irsinə və sərvətlərinə ürəkdən bağlı olduğunu və böyük dəyər verdiyini vurğulayıb. Kafedranın müəllimi Leyla Məmmədəliyeva tələbələri Natəvan Dəmirçioğlunun həyat və yaradıcılığı ilə tanış edib.
Tədbirin qonağı Natəvan Dəmirçioğlu çıxışında sadə bir vətəndaşdan öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə bir xalqın ümummilli liderinə çevrilən Heydər Əliyevin həyat və fəaliyyəti, bu yolda qarşılaşdığı maneə və çətinliklər, onun Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. Qonaq qeyd edib ki, Heydər Əliyev Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrinə həmişə böyük dəyər verib, müasiri olduğu yazıçılara və söz adamlarına xüsusi qayğı ilə yanaşıb.
Sonda mövzuya dair tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az