Aprelin 18-də Azərbaycan Dillər Universitetində (ADU) filologiya və jurnalistika fakültəsinin virtual jurnalistika kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev və jurnalistikamız” mövzusunda tədbir keçirilib.
Tədbirdə kafedranın müdiri Nərgiz Qurbanlı ümummilli lider Heydər Əliyevin xatirəsini əziz tutmağın, onun fəaliyyəti ilə tələbələri yaxından tanış etməyin mənəvi borc olduğunu söyləyib. O, ulu öndər Heydər Əliyevin 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatı ilə təltif olunduğunu xatırladıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıdışından sonra ölkə mətbuatında yeni səhifə açılıb, 1998-ci ildə senzura ləğv olunub. Senzuranın ləğvinin azad mətbuatın inkişafında mühüm addımlardan biri olduğunu deyən N.Qurbanlı Ümummilli Liderin jurnalistlərlə səmimi münasibətindən söz açıb.
Tədbirdə Heydər Əliyevin jurnalistlərlə münasibətini əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra jurnalistika ixtisasında təhsil alan tələbələrin “İki sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə və Əməkdar jurnalist, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran ilə müsahibələrinin videogörüntüləri təqdim olunub.
Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının milli əfsanəsi olduğunu deyib. O, dahi rəhbər Heydər Əliyevin yalnız siyasi xadim deyil, həm də Azərbaycan xalqı üçün dəyər olduğunu söyləyib və Ulu Öndərin ölkə jurnalistikasının inkişafında xidmətlərindən söz açıb.
ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov ümummilli lider Heydər Əliyevin Azərbaycan elminin, ədəbiyyatının, dilçiliyinin, mətbuatının inkişafındakı misilsiz xidmətlərindən danışıb, müasir jurnalistikanın qarşısında duran vacib məsələlərə toxunub.
Sonda tələbələrin sualları cavablandırılıb.
ADU-nun Mətbuat Xidməti