Ulu öndər Heydər Əliyev hər zaman elmə və biliyə həssaslıqla yanaşıb

Ulu öndər Heydər Əliyev hər zaman elmə və biliyə həssaslıqla yanaşıb Dekabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə tədbir keçirilib. Tədbirin açılışında böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan müəssisənin direktoru Elman Yusifov görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətlərindən bəhs edib.
Tədbirdə böyük laborant Gülşən Elşən qızı “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda çıxış edərək, Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasətinin xüsusi yer tutduğunu deyib.
Biologiya üzrə fəlsəfə doktoru Barat Əhmədov “Heydər Əliyev və elm” mövzusunda məruzəsində ulu öndər Heydər Əliyevin elmə, savada, biliyə böyük həssaslıqla yanaşdığını vurğulayıb. Biologiya üzrə fəlsəfə doktoru Yeganə Mahmudovanın “Ümummilli lider Heydər Əliyev və qadın siyasəti” mövzusunda məruzəsi dinlənilib.
Dahi, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkə problemlərinə kompleks şəkildə yanaşmasının bu gün əldə edilən uğurlara təkan verdiyini deyən biologiya üzrə fəlsəfə doktoru Adil Əliyev onun xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb.

Tehsil-press.az

Oxşar xəbərlər